!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7 aylıq hamilə arvadını qayalıqdan uçuruma itələdi - 400 minlik cinayət / FOTO 

!Reklam – Yazi

Həyat yoldaşının 400 min lirə (96 min 200 manat) məbləğində fərdi qəza sığortası pulunu almaq üçün onu qayalıqdan itələyən Hakan Aysal hakim önünə çıxarılıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər veirr ki, 2018-ci il iyunun 19-da həyat yoldaşı ilə birlikdə Kəpənəklər Vadisinə gedən Hakan Aysal 400 min lirəlik fərdi sığorta pulunu əldə etmək məqsədilə xanımı Semra Aysalı qayalıqdan uçuruma itələyib.

Daha sonra Hakan Aysalın çağırışı ilə hadisə yerinə gələn polis və xilasedicilər Semra Ayalın cəsədini uçurumdan çıxarıblar.

Aparılan təhqiqat nəticəsində məlum olub ki, Hakan Aysal xanlmını qəsdən qayalıqdan itələyib və hadisəni qəza kimi göstərməyə çalışıb. Ən dəhşətlisi isə odur ki, Semra Aysal əri tərəfindən öldürülərkən 7 aylıq hamilə olub.

Bu cinayət üzrə aparılan təhqiqat artıq tamamlanaraq məhkəməyə göndərilib. Məhkəmədə prokuror Hakan Aysala ömürlük həbs cəzası tələb edib.

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv