!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

70 illik müəmma: 95 yaşında həkimə getdi, həqiqət üzə çıxdı - FOTO

!Reklam – Yazi

Çində 95 yaşlı Zao He adlı şəxsin boynunda 70 il gizli qalan güllə aşkarlanıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, baş ağrısı şikayəti ilə xəstəxanaya gedən şəxsin rentgen nəticələri görənləri mat qoyub.

Belə ki, o, 25 yaşında İkinci Dünya Müharibəsində döyüşən zaman çoxlu güllə yarası alıb. Zao He bütün qəlpələrin çıxarıldığını sansa da, boyun hissəsində güllənin biri qalıb və 70 il onunla birlikdə “ömür sürüb”.

Qeyd edilib ki, Zao yaşına görə riskli hesab edilən əməliyyatı qəbul etməyib və güllənin çıxarılmasını istəməyib. Qoca bu güllə ilə ölmək istədiyini dilə gətirib.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv