!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"70 yaşında... vəzifə?" - Aydın Bəşirovdan replika

!Reklam – Yazi

“4 ildir ki, işləmirəm, artıq qocalmışam, indi başım nəvələrimə qarışıb”.

Bunu Yenicag.az-a açıqlamasında Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov deyib. O, uzun müddətdir ki, Azərbaycanda olmadığından söhbət açıb. Bildirib ki, hazırda xarici ölkələrin birində istirahət edir və vaxtını daha çox nəvələrinə ayırır:

“Bakıda deyiləm. Uzun müddətdir ki, xarici ölkələrin birində nəvələrimlə istirahət edirəm. Artıq təqaüdə çıxan adamlar sırasındayam və 4 ildir ki, işləmirəm. Yaş da öz sözünü deyir. Bu yaşdan sonra harada və necə işləyim? 70 yaşında vəzifəyə gələrlər? Sağ olsunlar ki, mənə şərait yaratdılar, işlədim. Azərbaycana da vaxt olduqca gəlib-gedirəm. İndi ailəmlə birlikdə bayramı qeyd edirik. Xahiş edirəm, əl çəkin məndən”.

Qeyd edək ki, 22 oktyabr 2013-cü il tarixində Prezident İlham Əliyevin sərəncamına əsasən Aydın Bəşirov vəzifəsindən uzaqlaşdırılıb.

Sərəncama əsasən, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilib və onların əsasında idarənin adı dəyişdirilərək, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-i olub.

Prezidentin digər sərəncamı ilə Aydın Bəşirov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən çıxarılıb, onun yerinə Rauf Göyüş oğlu Vəliyev təyin edilib.

Elvin Paşazadə

www.yenicag.az

4836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv