Mərkəzi Bankın valyuta ehtiyatları 5%-dən çox artıb
01 fevral 2026-cı il tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib.
Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb. İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb. Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.












