8 nəfərin daha cəsədi çıxarıldı

media-hightechnic-468x90

загруженное (8)Türkiyənin Karaman şəhərinin Ermenek rayonunda kömür mədənində baş verən qəzada aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində daha 6 nəfərin cəsədi tapılıb.

Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, su basması nəticəsində köməksiz vəziyyətdə qalan 18 nəfərdən, dünən günorta saatlarında 2 nəfərin, bu gün isə 6 işçinin cəsədi aşkarlanıb. Cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün morqa göndərilib.
Noyabrın 6-da tapılan 2 işçinin cansız bədəni isə “Mədənci Məzarlığında” dəfn edilib. Bildirilir ki, qəzada həlak olan işçilərin şəxsiyyətlərini müəyyən etmək üçün qohumlarından DNA nümunələri götürülüb.

Axtarış-xilasetmə tədbirləri davam edir. Hələ ki, mədəndə qalan 18 işçidən yalnız 10-nun cəsədini tapmaq mümkün olub.

Qeyd edək ki, hadisə ilə bağlı polis tərəfindən 8 nəfər şübhəli şəxs qismində saxlanılmışdır.

Xatırladaq ki, oktyabrın 28-də Türkiyənin Karaman şəhərinin kömür mədənində ağır qəza baş vermişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600