Ukraynanın 8 yaşlı gimnastı Marqarita Lukaşuk vəfat edib.
Yenicag.az xəbər verir ki, azyaşlının ölümünə Slavutiçdəki sağlamlıq düşərgəsində zəhərlənmə səbəb olub.
Məsələ burasındadır ki, Marqarita iyul ayında zəhərlənib və iki aydan çox komada qalıb. Onun durumunun digər zəhərlənən 12 uşaqdan daha ağır olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb.