“Qalatasaray” Pape Qeyenin transferindən vaz keçdi – SƏBƏB

media-hightechnic-468x90

“Qalatasaray” rəhbərliyi və texniki direktor Okan Buruq orta xətti gücləndirmək üçün hədəfə alınan ulduz futbolçunun transferindən vaz keçib. “Sarı-qırmızılılar” maliyyə şərtləri həddindən artıq yüksək olan Pape Qeye transferini rəsmi olaraq dayandırıb.

Yenicag.az xəbər verir ki, “Vilyarreal”ın 26 yaşlı seneqallı yarımmüdafiəçisi üçün tələb olunan məbləğ klubun büdcəsini kəskin şəkildə aşıb.

Məlumata görə, cari mövsümün əvvəlində “Marsel”dən azad agent kimi transfer edilən futbolçu üçün İspaniya klubu 35 milyon avro təzminat tələb edib. Futbolçunun özü isə illik 7,5 milyon avro maaş və 4,5 illik müqavilə şərti irəli sürüb.

Transferin ümumi dəyərinin 70 milyon avronu keçəcəyini hesablayan “Qalatasaray” rəhbərliyi, həm TFF, həm də UEFA-nın maliyyə limitlərini aşmamaq üçün bu keçiddən imtina etmək məcburiyyətində qalıb. Beləliklə, Pape Qeyenin transferi hazırda tamamilə gündəmdən çıxarılıb.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa