Zəngəzur dəhlizi üçün tarix AÇIQLANDI: "Paşinyanın başqa yolu yoxdur"

media-hightechnic-468x90

“Mübahisəli elə də ciddi məsələ yoxdur. Zəngəzur dəhlizi üzrə işlər 2026-cı ilin yayında başlayacaq və proses uzun sürməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

media-abutalib

O, Ermənistanın baş naziri Nikol Paşinyanın demarkasiya prosesi bitdikdən sonra dəhlizin açılacağı ilə bağlı bəyanatını şərh edib. Politoloq bildirib ki, Azərbaycan-Ermənistan sərhədi təxminən 1000 kilometrdir:

“Sərhədin delimitasiya və demarkasiya prosesi illərlə uzana bilər. Bunu Ermənistan da yaxşı başa düşür. Zəngəzur dəhlizinin açılmasını sərhədin delimitasiya və demarkasiyası ilə bağlamaq, proses bitəndən sonra bunun gerçəkləşəcəyini demək reallıqları anlamamaqdır.

Paşinyan bu məsələdə Zəngəzur dəhlizinin keçdiyi ərazilərin delimitasiyası və demarkasiyasını nəzərdə tutub. Həmin ərazilərdə sərhədlər dəqiqləşməlidir ki, Zəngəzur dəhlizinin işə salınması da mümkün olsun. Hətta bunu gözləmədən də, çox güman ki, proses başlayacaq. Çünki Paşinyan özü də Zəngəzur dəhlizi ilə bağlı işlərin 2026-cı ilin yayından başlayacağını deyib.

Mübahisəli elə də ciddi məsələ yoxdur. Zəngəzur dəhlizi üzrə işlər 2026-cı ilin yayında başlayacaq və proses uzun sürməyəcək. Çünki Zəngəzur dəhlizinin açılmasında həm Azərbaycan, həm ABŞ, həm də hamıdan çox Ermənistan maraqlıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa