!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

83 saylı məktəb-liseyin şagirdləri Şəhidlər Xiyabanını ziyarət etdilər 

!Reklam – Yazi

Bakının Binəqədi rayonunda yerləşən 83 saylı məktəb-liseyin 3 “D” sinif şagirdləri  “8 Noyabr – Zəfər Günü” ilə bağlı  Vətən uğrunda canlarından  keçmiş şəhidlərimizin məzarlarını  ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, şəhidlər Xiyabanına ziyarətdən sonra  sinif şagirdləri Ejla Hüseynli, Fatimə Məlikova, Cəfərov Məhəmməd, Əliyeva Arzu, Əliyeva Mədinə, Quliyev Cavidan, Məmmədov Arif, Məmmədova Xədicə, Süleymanova Miray,  Quliyev Raul, Senay Səlim, Raul İskəndərov,  Məmmədli Mədinə, Nəcəfova Zülfiyyə və Babayev Həmid  “Əbədi məşəl” abidəsinin önündə   igid çəhidlərimizin qəhrəmanlıqlarından  bəhs edən şerlər səsləndirdilər.

Sinif rəhbəri Yazgül Quliyeva məktəblilərə  ikinci Qarabağ müharibəsindən, torpaqlarımızın azad olunması uğrunda canlarından keçən oğullarımızın həyat yolu barədə ətraflı məlumat  verib. Y. Quliyeva  şagirdlərə Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs edib. Qələbə gününün əhəmiyyətindən danışan sinif rəhbəri Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunu dərin hörmət və ehtiramla andığını, onların ruhu qarşısında baş əydiyini vurğulayıb.

Sonra məktəblilər Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər. Muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. “Muzey bu illər ərzində böyük inkişaf yolu keçib. İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Muzeyimizdə dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri də nümayiş olunur.

 

Muzeydə Azərbaycanın Milli Qəhrəmanlarından 211 şəxsə aid ayrıca stend də var. Bu stendlər 1991-1993-cü, 1993-2003-cü və 2003-2010-cu illəri əhatə edir. Buraya gələnlər Milli qəhrəmanların fotostendinə, quru qoşunlarına aid hərbi geyimlərə, ordumuzun əsgərlərinə məxsus əşyalara, cəbhə bölgəsində istifadə olunan hərbi sursata böyük maraq göstərirlər”
Muzeyin rəisi çıxışının sonunda bildirdi ki, belə ekskursiyaların təşkil olunması gəncləri, məktəblilərin  hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, orduya qədərki hazırlığına və asudə vaxtlarının səmərəli keçirilməsinə müsbət təsir edir.
Daha sonra şagirdlər açıq havada sərgilənən hərbi texnikalarla tanış olublar. Məktəblilərin filmlərdə, şəkillərdə gördüyü texnikaların sərgisi onların həyəcan və sevincinə səbəb olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketləri şagirdlər tərəfindən maraqla qarşılanıb. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək şagirdlərin suallarını cavablandırıblar.

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv