Rusiyada müəmmalı təyyarə qəzası

media-hightechnic-468x90

5a914e29f781afb1b70fd77a25cfe9abRusiyanın Voronej vilayətində “Su 34” tipli bombardmançı təyyarə eniş edərkən qəzaya uğrayıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

“İyunun 4-də 16.30 radələrində “Su 34” tipli bombardmançı təyyarə Voronej vilayətində eniş edərkən təyyarənin əyləc paraşütü açılmayıb. Təyyarə eniş-uçuş zolağından kənara çıxaraq aşıb. Təyyarənin ekipaj üzvləri xəsarət almayıb”, deyə məlumatda bildirilir.

Bundan əvvəl Həştərxan vilayətində “Miq-29” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hər iki pilot katapult edilib. Qəzanın səbəbləri müəyyən edilənədək bu tip təyyarələrin uçuşuna müvəqqəti qadağa qoyulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa