!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

91 qanun qəbul edilib, 74 qanuna dəyişiklik olunub

Reklam: Sinerji Pro

Milli Məclisin payız sessiyasının son plenar iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, sessiya ərzində 16 plenar iclas keçirilib, 91 qanun qəbul edilib, 74 qanuna isə dəyişiklik edilib. Ümumilikdə isə 2021-ci ildə 38 plenar iclas keçirilib.

Parlament sədri əlavə edib ki, Milli Məclis bu sessiya ərzində əməli fəaliyyət göstərib: “Milli Məclisin xətti ilə 14 xarici ölkədə şəhidlərin anım günü tədbirləri keçirilib”.

S.Qafarova vurğulayıb ki, payız sessiyası ərzində parlament tərəfindən bir çox vacib yeni qanunlar qəbul edilib, bir sıra qanunlara isə əlavə və dəyişikliklər edilib: “Milli Məclis qanunvericiliklə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirib”, – spiker qeyd edib.

www.yenicag.az

178
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100