Heydər Əliyev Fondu jurnalist Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti Heydər Əliyev Fondu nəzarətə götürüb.
Yenicag.az-ın məlumatına görə, Fond hazırda Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün dəstək göstərir.