Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AB-də fikir ayrılığı - Rəhbər seçə bilmədilər

Avropa Birliyinin liderləri Avropa Komissiyasının rəhbərini seçə bilməyiblər.

Yenicag.az xəbər verir ki, Avropa Şurasının sədri Donald Tusk təklif olunan namizədlərin heç birinə dair razılığa gəlinməməsi səbəbindən Avropa Komissiyasının yeni rəhbəri olmağa namizədin razılaşdırılması üzrə məsləhətləşmələrə ara verməyə məcbur olub. Bu barədə məlumatı, Avropa Şurasının rəhbəri Donald Tuskun rəsmi nümayəndəsi Preben Aman öz Tvitter səhifəsində paylaşıb.

Məlumata görə, AB liderləri Avropa Komissiyasının rəhbərliyinə namizədlər arasında seçim edərkən fikir ayrılığı yaşayıblar.

Belə ki, D.Tusk dünən gecə Brüsseldə keçirilən növbədənkənar Avropa İttifaqı (Aİ) sammitində 28 ölkənin hər birinin dövlət və hökumət başçısı ilə fərdi məsləhətləşmələr aparıb. Bundan sonra bu gün səhər məsləhətləşmələr geniş formatda yenidən davam etdirilib.

Aman Tuskun bundan sonra AB liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə bir sıra AB liderləri sosial demokrat Frans Timmermansın Avropa Komissiyasının rəhbəri seçilməsinə qarşı çıxıblar. Buna səbəb kimi Timmermansın Mərkəzi və Şərqi Avropa dövlətlərini təhdid etməsi olub. Belə ki, Timmermans bu dövlətlərin miqrantları qəbul etməyəcəyi halda onlarla sərhədlərin bərpa olunacağını bildirib.

 

www.yenicag.az

3767