Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Abid Şərifov nəvəsinin hotel kompleksi tikdirməsini təsdiqlədi: “Bunu böyütmək nəyə lazımdır?”

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib.

O bildirib ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” hoteli nəvəsinə məxsusdur:

“Nicat mənim qızımın oğludur. Şəkidə inşa etdirdiyi obyektə otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”

Qeyd edək ki, “Şəki Park” hotel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

Loading...

www.yenicag.az

149
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100