Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Abituriyentlərin nəzərinə: Bu videoya mütləq baxın!

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər nəşr edib.

Yenicag.az xəbər verir ki, bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb.

“Abituriyent”jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Keçid ballarını da nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Abituriyentlər yeni yaradılmış “Çağrı” mərkəzinə (1653) zəng vurmaqla da onları maraqlandıran suallara cavab tapa bilərlər.

Bundan əlavə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici video-çarx hazırlanıb. İxtisas seçimi etməmişdən əvvəl həmin video materialı da izləməyi tövsiyə edirik.

Dövlət İmtahan Mərkəzi tərəfindən, həmçinin ixtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində “işçi qrup”lar yaradılmışdır. Qeyd edək ki, “işçi qrup”ların əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi abituriyentin özü tərəfindən həyata keçirilməlidir. “İşçi qrup”lar iyulun 31-dən avqustun 10-dək (saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

DİM (Bakı ş., Nəsimi rayonu, A. Salamzadə 28, Bakı Asiya Universiteti)
DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b);
DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19);
DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100).
Sizə düzgün ixtisas seçimi və müsabiqədə uğurlar arzu edirik!

Yenicag.az

Loading...

www.yenicag.az

813
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100