ABŞ 20 ildən sonra yenidən Pakistanda – Trampın İslamabad sərgüzəştlərinin PƏRDƏARXASI

media-hightechnic-468x90

“Pakistan səfərində əsas diqqət Pakistan-Çin və Pakistan-İran arasındakı əməkdaşlığına yönələcək”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

media-ezizelibeyli1

O, ABŞ prezidenti Donald Trampın Pakistana planlaşdırılan səfərini şərh edib.

Politoloq bildirib ki, Hindistan və Pakistan səfərlərinin məqsədləri bir-birindən fərqlidir.

“Pakistan səfərində əsas diqqət Pakistan-Çin və Pakistan-İran arasındakı əməkdaşlığına yönələcək. Görünür ki, ABŞ prezidenti Donald Tramp bu münasibətlər üzərindən yeni siyasi xətt izləməyə çalışacaq. Xatırlatmaq lazımdır ki, ABŞ liderləri arasında Pakistana son səfər ən az 20 il öncə, 2006-cı ildə prezident Corc Buş tərəfindən edilib. Hazırda ABŞ Pakistanla dil tapmağa çalışacaq. Əfqanıstan məsələsində keçmişdə Pakistanla əməkdaşlıq olub. İndi bu əməkdaşlıqların yenidən gözdən keçirilməsinə ehtiyac var. Xüsusilə də Hindistan-Pakistan müharibəsindən sonra bu zərurət daha da aktuallaşıb”.

“Məsələnin bir də Hindistan tərəfi var. Qarşıdan Rusiyanın tərəfdaş olduğu ölkələrə 500%-lik gömrük rüsumunun tətbiqi dövrü gəlir. Görünür ki, bu prosesin təzyiq və qorxu hissəsi bir qədər də Pakistana yönələcək. Yəni, əgər Pakistan razılaşmaya gəlməzsə, ona qarşı 500%-lik gömrük rüsumunun tətbiqi gündəmə gələcək”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600