Pentaqon Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar ayıracaq.
Yenicag.az xəbər verir ki, ABŞ Ali məhkəməsi büdcə pullarının sərhəd divar üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.
Bundan sonra ABŞ prezidenti Donald Trampın administrasiyası ayrılan vəsaiti divarın ucaldılmasına xərcləyə bilər.
Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi.