ABŞ Böyük Britaniyada nüvə raketləri yerləşdirir
Böyük Britaniya `soyuq müharibə`dən sonra ilk dəfə öz ərazisində ABŞ qanadlı nüvə raketləri yerləşdirməyə hazır olduğunu bildirib.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, bu sensasiyalı bəyanatı krallığın xarici işlər naziri Filip Hemmon bildirib.
Hemmon bu mümkün addımı Rusiya ilə münasibətlərdə müşahidə olunan gərginləşmənin artması ilə izah edib
Britaniyalı nazir vurğulayıb ki, bu qərar Vaşinqtonla birgə verilib: “Biz bu məsələdə amerikalılarla sıx əməkdaşlıq edirik”. Nazirin sözlərinə görə, hələlik qərar yalnız müzakirə mərhələsindədir. Hemmon eyni zamanda etiraf edib ki, ABŞ qanadlı raketlərinin Britaniya adalarına qayıtması yeni qızğın silahlanma yarışına səbəb ola bilər.