"ABŞ bu prosesə "təhlükəsizlik donu" geyindirib dünyanı manipulyasiya edir" - Politoloq

media-hightechnic-468x90

“ABŞ-ın Hind okeanında, İranın isə boğazda gəmi ələ keçirmə strategiyası sınanmış təzyiq vasitəsidir”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

media-1769592249_resad-bayramov-2

Politoloq atəşkəs dövründə İranın Hörmüz boğazında, Amerikanın isə Hind okeanında gəmiləri ələ keçirməsini qarşı tərəfə yönəlmiş psixoloji gediş kimi qiymətləndirib:

“İranla ABŞ arasında gəmilərin ələ keçirilməsi üzərindən gedən bu qarşılıqlı təzyiq strategiyası yeni deyil, lakin son mərhələdə daha sistemli xarakter alıb. Əsas coğrafiyalar Hörmüz boğazı və Hind okeanı kimi iki kritik tranzit məkanıdır. Bu, tərəflərin qlobal ticarət marşrutlarını təsir alətinə çevirmək cəhdidir. Lakin bu taktikanın effektivliyi strateji nəticələrdən çox, qısamüddətli psixoloji və iqtisadi təsirlərlə məhdudlaşır”.

R. Bayramovun sözlərinə görə, Tehran bu addımlarla asimmetrik güc nümayiş etdirir:

“ABŞ-la birbaşa hərbi qarşıdurmada zəif mövqedə olan Tehran dəniz ticarətinin həssaslığından istifadə edir. Xüsusilə Hörmüz boğazı kimi dar və həyati əhəmiyyətli enerji keçidində baş verən hər hansı insident dərhal qlobal bazarlarda qiymət dalğalanmasına səbəb olur. İran bu yolla regionda hələ də ‘oyunqurucu’ aktor olduğunu göstərmək istəyir. Amma bu, eyni zamanda İranın beynəlxalq hüquqi mövqeyini zəiflədir və onu təcrid edir”.

Ekspert qeyd edib ki, ABŞ isə bu prosesə “təhlükəsizlik donu” geyindirərək beynəlxalq rəyi manipulyasiya edir:

“Vaşinqton sanksiyalardan yayınmaqda şübhəli bilinən İrana bağlı tankerləri hədəf alaraq iqtisadi təzyiqi artırır. ABŞ-ın Hind okeanında aktivləşməsi göstərir ki, o, qarşıdurmanı yalnız Fars körfəzi ilə məhdudlaşdırmaq istəmir. Lakin beynəlxalq sularda bu cür müdaxilələr ‘dəniz azadlığı’ prinsipi ilə ziddiyyət təşkil etdiyi üçün digər ölkələrdə də narahatlıq yaradır.

Yekun olaraq, bu taktika oyun qaydalarını kökündən dəyişə bilməz. Hər hansı yanlış hesablanma atəşkəsin pozulmasına və yeni hərbi toqquşmaya səbəb ola bilər. Bu gedişlərdən böyük strateji dönüş gözləməyə dəyməz”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05