ABŞ-dan Rusiyaya müharibə mesajı

media-hightechnic-468x90

86698Birləşmiş Ştatlar Rusiyadan düşmən obrazı yaratmır və Rusiya ilə hansısa münaqişəyə can atmır.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Eşton Karter Berlində bildirib.

“Biz Rusiyadan özümüzə düşmən yaratmırıq. Amma bunu qarışıq salmayın: Biz müttəfiqlərimizi, qanunun aliliyinə əsaslanan dünya nizamını və bu nizamın zəmanət verdiyi xoşbəxt gələcəyi müdafiə edəcəyik”,- deyə Pentaqon başçısı vurğulayır.

Karter bu həftə Avropa turnesinə çıxıb. Almaniyadan sonra o, Estoniyaya gedəcək. Daha sonra 24-25 iyunda o, Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iclasında iştirak edəcək. Karterin sözlərinə görə, iclasda alyansın Ukraynada baş vermiş hadisələr və Rusiya ilə gərginləşən münasibətlər müzakirə olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa