Bu danışıqda kim uduzdu, kim uddu? - "Bu, dünya dövlətləri üçün fəlakət ssenarisidir"

media-hightechnic-468x90

“Tramp 2015 razılaşmasının eynisini seçki öncəsi həyata keçirməyə çalışacaq”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.

Politoloq ABŞ lideri Donald Trampın “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq iqtisadi böhrandan daha vacibdir” açıqlamasını şərh edib:

“Əvvəldən bəri ABŞ və İsrailin İrana müdaxiləsi ABŞ üçün geosiyasi dalan vəziyyəti yaratdı. İlk müharibəni davam etdirmək körfəz ölkələri, dünya dövlətləri üçün ağır fəlakətlərə yol açdı. İranın Hörmüz boğazını blokadaya alması müəyyən çətinliklər yaratmağa başlamışdı. Xüsusilə Trampın İranı daş dövrünə geri qaytarmasını iddia etməsi işə düşsə, bu, İran tərəfindən də körfəz ölkələrinin həyati əhəmiyyətli sahələrdə qıtlıq yaranması və həyatın durmasına gətirib çıxaracaq. Əsas da neftin dayandığı zamanlarda ölkələrin hansı vəziyyətə düşdüyünü sezməkdə davam edirik. Bu, dünya dövlətləri üçün fəlakət ssenarisidir. Bu həm də, ABŞ hegemoniyasının əsas ayaqlarından biri körfəz ölkələrinə satılan neftdir. Buna görə də körfəz ölkələri öz təhlükəsizliklərini ciddi təmin edə bilmədiklərini gündəmə daşıyırlar. ABŞ üçün əsas gəlir neft və qaz rezervlərini satıb maliyyə korporasiyalarını yerləşdirməsidir. Bununla bağlı da körfəz ölkələri ABŞ tərəfindən təhlükəsizliklərinin təmin olunmadıqlarını ortaya qoyurlar. Digər tərəfdən İranın müqaviməti uzun müddət davam etdirməsi iqtisadi imkan baxımından mümkün görünmür. Ona görə də İran müharibənin nəticələrinin ortadan qaldırılması üçün iqtisadi dirçəliş maraqlarını ön plana çəkərək Amerika ilə mərhələli kompromis ssenarisinə razı olmağa məcbur oldu”.

T. Nüsrətoğlu Trampın seçki öncəsi daxili auditoriyaya qələbə kimi təqdim etmək üçün İranla hər hansı formada razılaşmaya gedəcəyini diqqətə çatdırıb:

“ABŞ seçki öncəsi qələbəyə möhtacdır və 2015-ci ilə bənzər bir anlaşmaya getməsi belə ABŞ üçün qələbə kimi daxili rəyə təqdim olunacaq. Obama dövründə razılaşdırılan, Trampın 2018-ci ildə ləğv etdiyi sazişin bənzərinin imzalanması Tramp üçün seçkidə qələbəyə bərabər olacaq”.

Politoloq Hörmüz boğazından keçən gəmilərə həm İranın həm də Amerikanın rüsum tətbiq edəcəyi ilə bağlı iddialara isə belə cavab verib:

“Hörmüz boğazı ilə bağlı digər iddialar da dolaşır. Amerikanın İranla birlikdə hansısa mexanizm formalaşdıraraq gələcəkdə ortaq rüsum ala biləcəyi haqqında söz-söhbətlər gəzməkdədir. İran dünyanın önəmli qaz rezervlərinə sahib olan ölkədir. Bu isə Trampın iştahasını qabardır. Onun üçün əsas odur ki, İranın regional güc olmasının qarşısını alsın. Ona görə də İranı, əslində, dağıtmaq yox, onun rezervlərini istifadə etmək istəyirlər. Bu səbəblərə görə həm Hörmüz boğazı, həm dondurulmuş rezervlər ikili vəziyyətdə müzakirə edilməlidir”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05