İsveçrədə İran-ABŞ danışıqları: "Görüş gərgin keçib, amma bu o demək deyil ki..."

media-hightechnic-468x90

“Danışıqlar çox pozitiv keçdi. Bəzi məsələlərdə ortaq məxrəcə gəlinmədi”.

media-banner_tkm

Bu fikirləri İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə baş tutan İran – ABŞ danışıqları barədə danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, İsrailin danışqılara mane olmağa çalışdığını bildirib:

“Danışıqlarda, əsasən, müharibənin dayandırılması, bunun yolları haqqında müzakirə aparılması və İran iqtisadiyyatının dirçəlməsi üçün sanksiyaların yumşaldılması haqqında fikir mübadiləsi aparılıb. Trampın yenidən İranı təhdid etməsinə İran nümayəndə heyəti tərəfindən sərt cavab verilərək bildirilib ki, onlar heç nədən çəkinmirlər, qorxmurlar. Görüş gərgin keçib, amma bu o demək deyil ki, görüş mənfi sonluqla bitib. Görüşün alınması üçün həm ABŞ, həm İran birgə səy göstərir amma bu görüşün alınmaması üçün çalışan qüvvə də var. İsrail çalışır ki, Livan məsələsi müzakirə olunmasın. İsrailin müxtəlif qurum nazirləri də şəxsən Trampa etiraz edərək Livandan çıxmaq istəmədiklərini dilə gətiriblər. Onlar Livanda tutduqları əraziləri tərk etməyəcəklərini bildirirlər. Bu mövzuda ABŞ və İsrail arasında müəyyən narazılıqlar yaranıb və bu narazılığı Tramp şəxsən Netanyahu ilə həll etməlidir”.

E. Həsənov İran nümayəndə heyətinin görüşü yarımçıq tərk etməsi iddiası haqqında isə bunları deyib:

“Bu barədə ciddi məlumat oxumamışam. Hesab edirəm ki, Şahbaz Şərif əsas problemi həll edərək bu görüşü təşkil etdi və normal pozitiv keçməsi haqqında da Qətar və Pakistanla birlikdə bəyanat yaydı. Hesab edirəm ki, danışıqlar çox çətin şəraitdə davam edəcək. Ola bilər ki, Livan məsələsində razılaşma olmasın. İsrail qətiyyətlə bu danışıqların baş tutmasını istəmir və Amerikanın razılaşmasını dəstəkləmirlər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05