Hacıqabul Sənaye Parkının məhsul satışının ümumi dəyəri açıqlandı

media-hightechnic-468x90

Bu günə qədər Hacıqabul Sənaye Parkı üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satılıb.

media-banner_tuq

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyiə istinadən xəbər verir.

Məlumata görə, satışın 10,3 milyon manatı ixracın payına düşüb.

Parkda 576 daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.

Hacıqabul Sənaye Parkı ölkənin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05