!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

!Reklam – Yazi

ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib.

Yenicag.az xəbər verir ki, kəllə sümüyünün fraqmenti Salvo kəndinin cənubunda, Hatteras adasında peyda olub.

İnanılmaz tapıntı barədə Atlantik okeanının bu sahil bölgəsinə xidmət göstərən ABŞ Milli Park Xidməti (NPS) məlumat verib. Fraqmentin eni təxminən 90, hündürlüyü isə 60 santimetrə yaxındır.

Park xidməti rəsmiləri sümüyün dəniz canlısının kəlləsinin bir hissəsi olduğunu və heyvanın uzunluğunun 18 metrə, çəkisinin təxminən 40 tona çata biləcəyini təxmin edirlər. Tədqiqatçılar, həmçinin, fraqmentin donqar balinalara (Megaptera novaeangliae) aid olduğunu ehtimal edirlər./Oxu.az/

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv