ABŞ prezident administrasiyası son 50 ildə ilk dəfə aclıq, qidalanma və sağlamlıq məsələləri üzrə konfransın keçiriləcəyini elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Qeyd olunur ki, konfransın sentyabrın 28-də keçirilməsi nəzərdə tutulur. Məlumata əsasən, konfransın məqsədi aclığın qarşısını almaq və 2030-cu ilədək qidalanma ilə əlaqəli xəstəliklərin sayını azaltmaq məsələlərinin müzakirə olunmasıdır.
Konfransda ABŞ hökumət nümayəndələri, alim və mütəxəssislərin iştirakı gözlənilir.
www.yenicag.az