!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dəki seçkilərdə İsrail amili: “Müxalifət bu faktordan ciddi şəkildə yararlanmaq istəyir”

!Reklam – Yazi

“Əslində, İsrailin baş naziri Benyamin Netanyahu sanki öz prinsipial mövqeyini davam etdirməsi bir sıra suallara səbəb olur. Eyni zamanda, həm də Rəfahda həyata keçirilən əməliyyatlarda müəyyən vaxt itirilməsi, verilən müddət ərzində hərbi hədəflərə nail olmamaq daxildə bir sıra fikir ayrılıqlarına səbəb olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi İsrailin Rəfahdakı qaçqın düşərgəsini bombalamasından sonra beynəlxalq aləmdə rəsmi Təl-Əvivə qarşı başladılan proseslərdən söz açıb.

Onun sözlərinə görə, ABŞ İsrailin əsas hərbi-siyasi müttəfiqi kimi Rəfahdakı əməliyyatlara cavab olaraq silah-sursatların və hərbi texnikanın verilməsi ilə bağlı məhdudiyyət tətbiq etdi:

“Lakin qısa müddət ərzində biz gördük ki, bu məhdudiyyət aradan qaldırıldı, İsrailə hərbi yardımlar davam etdirildi. Çünki baxmayaraq ki, İsrail öz yerli istehsalını yüksək səviyyədə tutur, lakin istənilən xarici yardımlardan da asılı vəziyyətdədir. Xüsusilə ABŞ burada həm İsrailə yardım edir, həm də Netanyahunun hərbi planlarının davam etdirilməsinin tərəfdarıdır”.

İ. Hüseynovun fikrincə, İsrailin hərbi-siyasi komandanlığı tərəfindən verilən tələm-tələsik qərarlarının arxasında Birləşmiş Ştatlar dayanır:

“Əsas məsələ isə bundan ibarətdir ki, noyabr ayında ABŞ-də prezident seçkiləri keçiriləcək. Hazırda iqtidarda yer alan demokratların İsrailə hərbi yardım etmələri həm də onların hakimiyyətinin uzadılmasına hesablanmışdı. Buna baxmayaraq, daxildə ABŞ-nin İsrailə hərbi yardım göstərməsi neqativ rəy toplayıb ki, bu da respublikaçıların xeyrinə işləyən bir məqamdır”.

Həmsöhbətimiz Yaxın Şərqdə gedən müharibədən müxalifət ciddi şəkildə yararlanmaq niyyətindədir:

“Bütün bunlar onu göstərir ki, ABŞ-dəki seçkilər bu və ya digər şəkildə Yaxın Şərqdəki seçkilərlə əlaqəli olacaq. O cümlədən, demokratlar Netanyahuya dəstək göstərməklə onun hakimiyyətinin müddətini uzadırlar və oda bölgəyə nəzarəti ələ keçirməklə hakimiyyətini daha da davam etdirmək niyyətindədir”.

Rafi Müslümov

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv