!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən sülh sazişinin imzalanması TƏŞƏBBÜSÜ: “Bayden bəyanatına uyğun aktiv addımlar atmalıdır”

!Reklam – Yazi

“Sülh sazişi bu günə qədər Ermənistanın təqsiri ucbatından ləngiyir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında ABŞ-nin təşəbbüsünün nəticələrindən danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesləri çərçivəsində ABŞ rəsmilərinin son bəyanatları Cənubi Qafqazda sülhün mümkün qədər tez baş verməsini arzuladıqlarını göstərir.

“ABŞ prezidenti Co Baydendən fərqli olaraq, onun Avropadakı müttəfiqləri sülh prosesinə mane olmağa çalışırlar. Bu gün sülh sazişinin qarşısında ən böyük maneə elə Qrenadada Fransa, Almaniya, Avropa İttifaqı Şurası və Ermənistan rəhbərlərinin birlikdə imzaladığı məlum bəyanatdır. Ermənistan indi də bu bəyanatda göstərilən prinsiplərdən imtina etmək istəmir.

Almatı görüşündə də Ermənistan XİN rəhbəri Ararat Mirzoyan həmin prinsipləri bir daha sadaladı. Sülhün isə bu prinsiplər əsasında imzalanmasını istədiklərini dedi. Həmin görüşün nəticə verməməsinin əsas səbəbi də budur.

Bu amillər nəzərə alındıqda, Bayden əgər bəyanatında səmimidirsə, ilk növbədə Ermənistana təzyiq mexanizmlərini işə salmalıdır. Həmçinin müttəfiqlərini dəstək göstərməyə çağırmalıdır.

Sülh sazişi bu günə qədər Ermənistanın təqsiri ucbatından ləngiyir. Gah Minsk qrupunu prosesə daxil etmək niyyəti, gah Qarabağın statusu barədə tələblər, daha sonra Qarabağ ermənilərinin hüquq və təhlükəsizlyiinin beynəlxalq mexanizmlərlə təmin olunması haqqında səsləndirdikləri fikirlər və s. Bir sözlə, proses bu zamana qədər uzandı.

İndi də 3 prinsip ortaya atıblar ki, Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür. Bu səbəbdən Ermənistana ciddi təzyiq göstərilməsə sülh sazişinin bu il də imzalanması ləngiyir. Bayden verdiyi bəyanata uyğun aktiv addımlar atmalıdır”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv