!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-ın Ermənistandakı səfiri mandatına uyğun olmayan işlər görür” - Tural İsmayılov

!Reklam – Yazi

“ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin hərəkətləri cəmiyyətimizdə qıcıq yaradır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, ABŞ-ın Ermənistandakı  səfiri Linn Treysi ardıcıl neçənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini söyləyir:

“Azərbaycan beynəlxalq ədaləti təmin edib və öz ərazilərini işğaldan azad edib. Azərbaycan münaqişəni həll edilmiş sayır, ərazilərimizlə bağlı ABŞ-ın Ermənistandakı səfirinin hansısa fikir bildirmək haqqı yoxdur. –           Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalaması və kapitulyasiya aktını qəbul etməsi ilə bitib və bitmiş bir məsələ barədə gündəmi manipulyasiya etmək başqa maraqların ifadəçisidir. – ABŞ səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasını, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsinə çalışır. Çünki ABŞ münaqişənin davam etdiyi dövrdə heç bir şey etmədi, indi isə regionda öz adını hansısa formada saxlamaq istəyir. ABŞ Ermənistanın 30 mil davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susub, göz yumub, Ermənistanın törətdiyi bütün biabırçılıqlar və özbaşınalıqlarını görməzliyə vurub. Amerikadakı erməni lobbisinin provokasion fəaliyyətlərinə göz yumulub. 30 illik passiv müşahidəçi olan ABŞ-ın bu gün belə mövqe nümayiş etdirməyə, tələblər irəli sürmıəyə mənəvi haqqı yoxdur. ABŞ Suriya, Liviya, Əfqanıstandakı iflasından, ən yaxın müttəfiqlərindən biri olan Fransaya xəyanətindən sonra bu tipli iddialar irəli sürmək haqqını itirib. Əfqanıstanda baş verənlər isə ABŞ-ın qlobal siyasi fəaliyyətinin hansı nəticələrə gətirib çıxardığını göstərir“.

Politoloq qeyd edib ki, ABŞ bu mövqeyini davam etdirəcəyi təqdirdə, Azərbaycan hər hansı səviyyədə ATƏT Minsk Qrupu formatında keçirilən görüşlərdən imtina etməlidir:

“ABŞ ədalətin bərpasına dəstək verməli, mina xəritələri və Ermənistanın təxribatçı açıqlamaları ilə bağlı aqressora təzyiq etməlidir”.

 

 

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv