!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın Suriyaya hücumu: "Obamanın etmədiyini Tramp edir" - Politoloq

!Reklam – Yazi

ABŞ-ın belə reaksiyası artıq Suriya prosesinin çözülməsi yolunda ciddi səbəb ola bilər

Artıq ABŞ adminstrasiyası Suriyada ciddi fəaliyyətə keçib. Belə ki, ABŞ-ın Aralıq dənizindəki donanması Homs vilayəti ətrafında yerləşən Əsəd rejiminin ordusuna ciddi raket zərbələri vuraraq onları darmadağın edib. Tramp adminstrasiyası bu adımı Əsəd hökumətinin hərbi təyyarələrinin dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi və bu zaman 70-dən çox dinc sakinin ölümənə bais olmasına cavab olaraq atıb. Amma bütün hallarda proses ondan xəbər verir ki, Tramp artıq Suriya məsələsinə ciddi şəkildə girişməyə başlayıb və o prosesdən geri çəkilməyəcək. Bu fonda artıq gözləmək olarmı ki, Suriya olaylarında dominant rol yenidən Vaşinqtonun əlinə keçəcək?

Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Vaşinqtonun Suriya məsələsində aktivləşəcəyi gözlənilən idi:

“Suriyadakı son hadisə, xüsusilə də Əsəd rejiminin kimyəvi silah tətbiq edərək kütləvi qırğına yol verməsindən sonra, regionda vəziyyət demək olar ki, tamamilə fərqli istiqamətə yönəlməyə başlayıb. Söhbət ondan gedir ki, artıq Rusiya qarşısında geri çəkilən passiv bir Obama hakimiyyətini deyil, əksinə, dərhal Əsəd rejiminin cinayətinə qarşı ciddi hərbi reaksiyasını verən yeni ABŞ adminstrasiyasını gördü. Bu da ciddi bir hadisədir. ABŞ donanma güclərindən istifadə etməklə 50 tomaqavt raketlərilə Əsəd rejiminin hərbi bazalarını darmadağın etdi. Bu isə təkcə Əsəd rejiminə verilən bir mesaj deyil. Həmçinin Moskva və Əsədi dəstəkləyən digər güclərə də verilən ciddi mesaj idi. Artıq Obama dönəmindəki passiv ABŞ siyasəti bitdi. Bundan sonra prosesi artıq Vaşinqton yürüdəcək. ABŞ dövlət katibi Tillerson da açıqlamasında qeyd etdi ki, bundan sonra Suriyadakı sülh prosesi artıq Cenevrədə başladılacaq.

Bu o deməkdir ki, ABŞ Suriyada dominantlığı artıq öz əlinə alır. Yəni dünənə kimi Rusiyaya təhvil verilən dominantlıq artıq ondan alınıb ABŞ-ın özünə qaytarılır. Belə viziyyət isə istər-istəməz Rusiyanı ciddi narahat edir. Əsər rejiminin kimyəvi silah tətbiqinə qarşı Vaşinqtonun bu cür reaksiya verməsi hər halda ABŞ-ın ciddi geosiyasi niyyətlərindən xəbər verir. Hər hansı prosesdə dönüşün olması üçün mütləq mənada bu kimi hadisələrin baş verməsi lazımdır ki, azından prosesdə iştirak edən dövlətlər üçün müəyyən seçim anı yaransın. ABŞ-ın Suriya qüvvələrini bombardman etməsi də məhz bu seçimi yaratdı. Düşünürəm ki, ABŞ-ın belə reaksiyası artıq Suriya prosesinin çözülməsi yolunda ciddi səbəb ola bilər. Əsədə dəstək verən Rusiya ilə İranın eyni mövqedən çıxış etməsinə rəğmən, Türkiyənin mövqeyi ABŞ-dan yana oldu və Ağ Evin belə aktivliyinin davamlı olmasını təqdir etdi. Bu da onu göstərir ki, mütləq mənada Susiyada proseslərin açılması üçün Moskva ilə Tehranın qarşısına ciddi bir güc mərkəzi çıxmağa başlayır. Obama dövründə ABŞ belə bir gücü ortaya qoymurdu.

Ona görə də Rusiya dominant idi və aqressiv siyasətilə prosesi öz marağına uyğun yönəldirdi. Ancaq Rusiyanın müdaxiləsi əslində Suriyaya çözüm deyil, faciələr gətirdi. Nəticədə proses daha da çözülməz vəziyyətə gəldi. Həm də Rusiyanın özünü Suriya bataqlığına çəkdi. Ona görə də ABŞ-ın Suriya ordusuna yönəlik bombardman addımı prosesdə açar rolunu oynaya bilər. Fikrimcə, bu fonda Rusiya və İran qarşılarında ciddi geosiyasi niyyət və güc gördükləri təqdirdə təbii ki, danışıqlardan yana olacaqlar. Deməli, bununla da prosesdə çözülmə anı başlayacaq”.

ELÇİN
Yeniçağ.az

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv