ABŞ-İran danışıqlarının "Livan" düyünü: Sülh yoxsa yeni müharibə?

media-hightechnic-468x90

“Sülh razılığına gəlinsə də, Netanyahu Livandan geri çəkilmək istəmir”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə şərhçi Kənan Rövşənoğlu bildirib.

K. Rövşənoğlu Trampın Livan və İsrail arasında sülhə gediləcəyi ilə bağlı açıqlamasını şərh edərək, bunu kövrək sülh kimi qiymətləndirib:

“Livanda vəziyyət dramatik idi, hər gün İsrail bombardmanları nəticəsində onlarla insan ölürdü. Üstəlik, dünən İsrail hökuməti Beyrutun cənubuna, Hizbullahın nəzarətində olan Dahiyə rayonuna hücum etməklə bağlı qərar qəbul etmişdi. Məsələ ondadır ki, mart ayından başlayaraq Livanın cənubunda quru əməliyyatı keçirən İsrail ordusu Hizbullahın gözlənilməz sərt müqaviməti ilə qarşılaşıb, ağır itkilər verib, çoxlu sayda tank və hərbi texnika itirib. Hətta may ayında xəbər yayıldı ki, İsrail ordu komandanlığı Livanda əməliyyatları dayandırmaq üçün Netanyahuya təzyiq edir. Netanyahu isə Hizbullah dronlarına qarşı tədbirlər hazırlamadıqları üçün generallara qəzəblənib. Məsələ ondadır ki, Netanyahuya indi kiçik də olsa hərbi qələbə lazımdır. Livandan uğursuz şəkildə geri çəkilmək onun üçün ağır nəticələrə səbəb ola bilər. Ona görə də ona nəticəsiz geri çəkilmə yox, minimum qələbə lazımdır. Lakin İran tərəfi ABŞ qarşısında şərt qoydu ki, Livan ABŞ-İran sülh danışıqlarına daxildir, Livanda atəşkəs olmasa, sülh danışıqları davam etməyəcək. Bundan sonra ABŞ müdaxilə edərək Livanda atəşi dayandırmağa nail oldu. Lakin atəş dayansa da, sülh hələ real deyil. İsrail ordusu Livan ərazisində yerləşir. Onların çıxarılması zaman ala bilər, dediyim kimi, Netanyahu Livandan nəticəsiz geri çəkilmək istəmir. Yəni atəşkəs xeyli dərəcədə kövrəkdir, hər an pozula bilər. Böyük ölçüdə hər şey ABŞ-İran danışıqlarından asılıdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05