ABŞ-İran düyünü Livanı qana boyayır: İsrailə "yaşıl işıq" yandırılıb?

media-hightechnic-468x90

“ABŞ İranla razılığa gələ bilmədiyi üçün Livan məsələsində İsrailə təzyiq etmir”

media-banner_tkm

Yaxın Şərq üzrə politoloq Kənan Rövşənoğlu Yenicag.az-a açıqlamasında İsraillə Livan (Hizbullah) arasında davam edən hərbi toqquşmaları şərh edib.

Ekspert qeyd edib ki, hazırda Livan mövzusunda diplomatik danışıqlar davam etsə də, proses Vaşinqton-Tehran xəttindəki gərginliyə bağlıdır:

“Livan mövzusunda müzakirələr davam edir. Ancaq ABŞ-İran danışıqlarında axsama olduğu üçün Netanyahu Livanda atəşkəsə əməl etmir. Bununla belə, hazırda ABŞ-da Livan-İsrail danışıqları təşkil olunur. Görünən odur ki, ABŞ İranla anlaşa bilmədiyi üçün Livan məsələsində İsrailə təzyiq göstərmir”.

Kənan Rövşənoğlunun fikrincə, bölgədəki hərbi gərginliyin arxasında duran əsas strateji hədəf “Hizbullah”ın gücünü qırmaqdır:

“Livanda əsas məsələ ‘Hizbullah’ı tərksilah etməkdir; həm İsrail, həm də bəzi ərəb ölkələri buna çalışır. ‘Hizbullah’ isə öz növbəsində silahı təhvil verməyəcəyini qətiyyətlə elan edib. Sadəcə olaraq, İsrail yaranmış əlverişli vəziyyətdən istifadə edərək Livana daha ağır zərbələr vurur. O, cəmiyyəti davamlı təhdid altında saxlamağa çalışır ki, Livanın daxilində ‘Hizbullah’a qarşı ciddi bir ictimai təzyiq formalaşsın”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05