Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ İran tankerinin saxlanılmasına dair order verib

ABŞ məhkəməsi bir müddət əvvəl Cəbəllütariq rəhbərliyi tərəfindən buraxılmış İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Kolumbiya dairə məhkəməsi ölkənin “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, bank fırıldaqçılığı və pulların yuyulması, eləcə də terrorçuluqla bağlı olduğu üçün müsadirə haqqında qanunlarının pozulduğunu əsas gətirərək tankerin və göyərtəsində olan bütün neft məhsulun, 995 min dollar vəsaitin müsadirə olunmasına dair qərar verib.

Əminliklə ifadə olunub ki, tanker ABŞ-ın daha əvvəl terror təşkilatı elan etdiyi SEPAH-ın maraqları naminə İrandan Suriyaya neft daşıyırmış.

Loading...

www.yenicag.az

1333
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100