ABŞ İrana hücum etməkdən vaz keçdi
ABŞ İranla bağlı genişmiqyaslı hücum planlarını mümkün nəticələri qiymətləndirdikdən sonra ləğv edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbəsinə istinaədn məlumat yayıb.
Məlumata görə, Vaşinqton son günlərdə İslam Respublikasında dəyişən vəziyyəti və hökumətin tədricən nəzarəti bərpa etməsini də nəzərə alıb. Telekanal bildirib ki, bu barədə Tehrana Yaxın Şərqdən olan “dost ölkə” məlumat verib, lakin onun adı açıqlanmayıb. İran mənbələri əlavə ediblər ki, İslam Respublikası özünə yönəlmiş təhdidlərə son dərəcə ciddi yanaşır və onlara qarşı durmağa hazırdır, lakin, eyni zamanda, mübahisəli məsələlərin diplomatik yolla həllini də istisna etmir.
Xatırladaq ki, daha əvvəl “Agence France-Presse” xəbər verib ki, Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İranı vurmaqdan çəkindirməyə və Tehrana niyyətlərini nümayiş etdirmək üçün şans verməyə inandırıb. Agentliyin məlumatına görə, ərəb monarxiyaları Vaşinqtonu bölgə üçün “ciddi nəticələr” barədə xəbərdar ediblər.












