"ABŞ İrana yenidən öldürücü zərbələr endirmək üçün nüvə bəhanəsini işə salır" - Politoloq

media-hightechnic-468x90

“Danışıqlar prosesi dalana dirənib, hərbi əməliyyatlar yenidən başlaya bilər”

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq, ABŞ Prezidenti Donald Trampın “12 günlük müharibə” və son hərbi əməliyyatlar zamanı İranın nüvə silahı əldə etməsinin qarşısının tam alındığını bəyan etməsindən sonra yaranmış ziddiyyətli vəziyyəti şərh edib. Belə ki, atəşkəs dövründə ABŞ kəşfiyyatının Prezidentin dediklərinin əksinə olaraq, İranın uranın zənginləşdirilməsi prosesini bir ilə tamamlaya biləcəyi barədə bəyanatını Sahil Kərimli müharibənin bərpası üçün növbəti bəhanə adlandırıb:

“Görünən odur ki, ABŞ İrana yenidən öldürücü zərbələr endirmək niyyətindədir. Çünki İranla atəşkəs razılaşması əldə ediləndə ABŞ tərəfi öz istəyinə nail olduğunu, İranın nüvə obyektlərinin, xüsusilə də zənginləşmiş uranın böyük hissəsinin məhv edildiyini iddia edirdi. ABŞ kəşfiyyatının son rəsmi məlumatları isə bu iddiaları tamamilə təkzib edir.

Nəticə etibarilə, ya ABŞ həqiqətən də İranın nüvə proqramını həyata keçirmək üçün lazım olan resurslarını sıradan çıxara bilməyib, ya da bunu bəhanə edərək hərbi əməliyyatları bərpa etməyi planlaşdırır. Çünki hazırda danışıqlar prosesi, demək olar ki, dalana dirənib. İran ABŞ qarşısında bir çox sərt tələb və təkliflərlə çıxış edir. ABŞ da öz növbəsində qarşılıqlı tələblərini ortaya qoyur. Tərəflər arasında qarşılıqlı ittihamlardan başqa heç bir real nəticə əldə etmək mümkün görünmür. Bu səbəbdən də Vaşinqton Tehranı böyük güzəştlərə məcbur etmək üçün daha ağır zərbələr vurmağı hədəfləyir. Belə bir zəmin yaratmaq üçün isə nüvə məsələsi ən real bəhanə kimi qabardılır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05