ABŞ isveçli neofaşistləri qara siyahıya salıb

media-hightechnic-468x90

ABŞ isveçli neofaşistləri beynəlxalq terrorçuluq üzrə qara siyahıya salıb.

Yenicag.az xəbər verir ki, Skandinaviya ölkələrində fəaliyyət göstərən təşkilat ağdərili insanların üstünlüyü barədə ideyaları təbliğ edir. Vaşinqton isə onların irqi əsaslı ekstremizm yaymasından narahatdır.

Qara siyahıya salınanlar arasında Şimal Müqavimət Hərəkatı xüsusi fərqlənir. İsveçin ən böyük neofaşist qüvvəsi hesab edilən təşkilatın digər Skandinaviya ölkələrində nümayəndəlikləri var. Vaşinqton rəsmilərinin fikrincə hərəkatın doktrinası açıq şəkildə antimiqrant və irqçidir. Təşkilat üzvləri dəfələrlə onlara qarşı tənqidi mövqedə olan siyasətçiləri və jurnalistləri hədəfə alıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600