ABŞ Konqresində BMT-nin İsrail ilə bağlı qətnaməsi pislənib

media-hightechnic-468x90

2b45cb5f-1fee-4999-bc8c-d1c95c373b0c_292ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri BMT-nin İsrailin Fələstin torpaqlarında məskənsalma siyasətinə qarşı qəbul etdiyi qətnaməni pisləyiblər.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının qərarını pisləyən bəyanatın qəbul olunmasının lehinə Nümayəndələr Palatasının 342 üzvü çıxış edib, Aşağı Palatanın 80 üzvü bəyanatın əleyhinə səs verib.

Sənədə əsasən, ABŞ BMT Təhlükəsizlik Şurasının gələcəkdə birtərəfli və ya İsrailin əleyhinə qəbul olunacaq qətnamələrinə veto qoymalıdır.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600