ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verdi
ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresində bəyanatla çıxış edib.
Yenicag.az müsavat-a istinadən bildirir ki, o, 1992-ci il 26 fevral tarixində 613 nəfərin Azərbaycan torpağı olan Xocalıda qətlə yetirildiyini bildirib. Konqresmen öz bəyanatında Konqres üzvlərini Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.
Eyni zamanda, D.Peyn öz bəyanatında Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.