Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ-la İngiltərənin təhlükəsizlik, yoxsa iqtisadi dərdi? - İstanbulun üçüncü aeroportuna qarşı əngəl

ABŞ və Böyük Britaniya bir sıra müsəlman ölkələrinə qarşı yeni qadağa tətbiq edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ və Böyük Britaniya təyyarə səfərləri zamanı göyərtəyə cib telefonundan böyük elektron cihazların keçirilməsini yasaqlayıb.

Məlumata görə, bu qadağa 8 müsəlman ölkəsində fəaliyyət göstərən 10 hava limanını əhatə edir: Atatürk Hava liimanı (Türkiyə), V Məhəmməd Hava limanı (Mərakeş), Qahirə Hava limanı (Misir), Kraliça Alya Hava limanı (İordaniya), Ciddə Kral Əbdüləziz və Ər-Riyad Kral Xalid Hava limanları Sudiyyə Ərəbistanı), Küveyt Hava limanı (Küveyt), Hamad Hava limanı (Qətər), Əbu-Dabi və Dubay Hava limanları (Birləşmiş Ərəb Əmirlikləri).

Qeyd olunur ki, bu hava limanlarından ABŞ-ın hər hansı hava limanına uçan təyyarələrə “Iphone 7 plus” və “Samsung Galaxy Note 3” telefonlarından böyük elektron cihazlar keçirməyə icazə verilməyəcək. Bu qadağa ABŞ vətəndaşlarına şamil olunmayacaq. Yeni qaydanın daha bir maraqlı cəhəti bu qadağanın tətbiq olunduğu ölkələrlə eyni coğrafiyada yerləşən İsrailin Tel-Əviv “Ben Qurion” Hava limanının “yasaq siyahısı”na daxil edilməməsidir.

Bu qərarın qəbulunu “təhlükəsizlik məqsədi” ilə əsaslnadırmağa çalışan ABŞ yuxarıda adları çəkilən 8 ölkənin hava şirkətlərinə yeni qaydaya uyğunlaşmaq üçün 96 saat vaxt verib. ABŞ-ın bu addımını təkrarlayan Böyük Britaniyanın siyahısına isə əlavə iki ölkə salınıb: Tunis və Livan.

Ancaq ABŞ və Böyük Britaniyanın bu qərarı təhlükəsizlik məqsədi ilə qəbul etdiklərini açıqlamalarına baxmayaraq, bu addımın arxasında başqa niyyətlərin dayandığı şübhə doğurmur. Hər halda, haqqında danışılan qadağanın ABŞ və Böyük Britaniya vətəndaşlarına şamil edilməməsi “təhlükəsizlik” məsələsinin bəhanə olmasının bariz göstəricidir. Məsələyə diqqətlə yanaşdıqda, bu qərarın arxasında sırf iqtisadi maraqların dayandığını görmək çətin deyil. Qadağaya məruz qalan həmin müsəlman ölkələrinin hava limanlarından ABŞ və Böyük Britaniyaya tranzit uçuşlarının çoxluğu, bu reyslərin gətirdiyi yüksək gəlirlər Vaşinqtonla Londonun, o cümlədən də, Tel-Əvivin yuxusunu qaçırıb.

Bu siyahıda Türkiyənin adının öndə gəlməsi isə Qərbin qardaş ölkəyə mövcud münasibəti fonunda qətiyyən təəccüblü deyil. ABŞ və Avropa İttifaqının (Aİ) aparıcı ölkələrinin Türkiyəyə qarşı ara vermədikləri siyasi-iqtisadi təzyiqlərin nəticəsiz qalması Qərbi yeni məhdudlaşdırıcı addımlara sövq edir. O baxımdan, İstanbulda 3-cü hava limanının inşası ilə Türkiyənin hava sərnişindaşıma potensialının, bununla bərabər gəlirlərinin də artacağını həzm edə bilməyən Qərb ölkələri neqativ planda başlarını sındırmaqdadırlar.

ABŞ və Böyük Britaniyanın bu qadağasının əsas hədəflərindən biri olan Türk Hava Yollarının (THY) son dövrlərdə yüksəlişdə olduğunu təsdiqləyən rəqəmlər Qərbin bu narahatlığının “əsassız” olmadığını göstərir. THY təyyarələri ilə ABŞ-a uçan sərnişinlərin sayı artıq 690 min nəfərə çatıb. Bundan başqa, THY-nin tranzit sərnişindaşıma həcmini 14,1 faiz artıraraq, 20,9 milyon nəfərə çatdırması əlavə sözə yer qoymur. Ona görə də, ABŞ və Böyük Britaniyanın qeyd olunan məhdudlaşdırıcı addımlarının nəticəsiz qalacağı şübhəsizdir.

Yeniçağ.Az

www.yenicag.az

126