ABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandı

media-hightechnic-468x90

İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarə itirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, cümə günü vurulan “F-15” qırıcısı və həmin gün qəzaya uğrayan “A-10” hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarənin itkisi məlumdur.

Martın 2-də üç ədəd “F-15” qırıcısı Küveyt HHM qüvvələrinin “dost atəşi” nəticəsində Küveyt üzərində vurulub. Martın 12-də İraqda “KC-135” yanacaq təyyarəsi qəzaya uğrayıb, altı amerikalı hərbçi həlak olub.

Martın 27-də Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazasında İran hücumu nəticəsində “E-3 Sentry” erkən xəbərdarlıq təyyarəsi yerdə ikən məhv edilib. Məlumata görə, ən azı 10 ABŞ hərbçisi yaralanıb, ölən olmayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, keçən ay “F-35” qırıcısı Yaxın Şərqdəki ABŞ bazasında təcili eniş edib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05