!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin "ortabab Rusiya" İSTƏYİ: "Proseslər qlobal nüvə təhlükəsinə gətirib çıxara bilər"

!Reklam – Yazi

“Hazırda baş verən proseslər qlobal nüvə təhlükəsinə gətirib çıxara bilər”.

Bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyakın “Rusiya imperiyasının süqutunu görəcəksiniz” fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə Moskva-Kiyev münaqişəsi kimi yanaşma bəsit yanaşma olar:

“Rusiya-Ukrayna müharibəsi Rusiya-Qərb müharibəsidir. Müharibə başladıqdan sonra Ukraynaya 50-yə yaxın ölkə dəstək verib. Qərbin niyyəti Rusiyanı zəiflətmək, SSRİ-nin başına gələnləri Rusiyaya yaşatmaqdır. İndi yalnız isti müharibə yox, həm də informasiya müharibəsi gedir. Podolyakın fikirləri informasiya müharibəsinin elementləri kimi qiymətləndirilə bilər.

Yadıma Qərb jurnalistlərinin Zbiqnev Bjezinskiyə verdiyi sual düşür. Onlar arasında belə bir dialoq olub:

– Bizə güclü Rusiya lazımdır?

– Rusiya güclü olsa, ambisiyalı olar. Bizə güclü Rusiya lazım deyil.

-Bəs zəif Rusiya lazımdır?

– Bizə qətiyyən zəif Rusiya lazım deyil. Səbəb isə Rusiyanın nüvə silahına malik olmasıdır. Əgər Rusiya zəif olsa, nüvə silahı terrorçuların əlinə keçə, daha təhlükəli vəziyyət yarana bilər.

– Bəs necə Rusiya lazımdır?

Ortabab, İspaniya kimi. Nə çox güclü, nə də çox zəif.

ABŞ dövlət katibi Kondoliza Rays müsahibələrindən birində: “Biz Rusiyadan qorxuruq”, – demişdi. Ancaq bunu dedikdən dərhal sonra nitqinə “Birdən bu sözlərimi manşetə çıxararsınız, sona qədər dinləyin” fikirlərini əlavə edərək davam edib: “Biz Rusların gücündən yox, gücsüzlüyündən qorxuruq. Keçən il Rusiyaya Amerikaya tuşlanan qitələrarası ballistik raketlərin saz vəziyyətə gətirilməsi üçün 451 milyon dollar pul vermişik. Texniki baxışı normasında olmayan raket hər an işə düşə bilər. Yəni Rusiyanın güclü olmasından yox, gücsüzlüyündən qorxuruq”.

Hazırda baş verən proseslər qlobal nüvə təhlükəsinə gətirib çıxara bilər. “New York Times” qəzetində bir məqalə gördüm. Amerikalı ekspertlərdən biri “küncə sıxılmış Putin çox təhlükəlidir” ifadələrini işlədib. Rusiya-Ukrayna müharibəsi olduqca mürəkkəbdir. Çox nüanslar var. Podolyakın fikirləri də həmin nüanslardan bir kimi qiymətləndirilə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv