!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Ukraynada Rusiya ilə atəşkəs şərtləri üzə çıxdı – DETALLAR

!Reklam – Yazi

Birləşmiş Ştatlar diplomatik kanallar vasitəsilə Rusiya ilə atəşkəs anlaşmasını müzakirə etməyə hazır ola bilər. ABŞ üçün isə 2026-cı ilə qədər Yaxın Şərq və Ukraynada münaqişəni dayandırmaq vacibdir.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.

Nəşr yazır ki, atəşkəsin əsas detallarının aşağıdakılar olacağı ehtimal edilir:

1) Rusiya və Ukrayna arasında təmas xətti olduğu kimi qalır;

2) Rusiya müharibəni dayandırır;

3) Rusiya işğal etdiyi ərazilərdə de-fakto qalır;

4) Ukraynanın Qara dənizə çıxışı saxlanılır;

5) Rusiya və ABŞ nüvə eskalasiyasından yayınmaq üçün müzakirələri intensivləşdirir və silahlara nəzarətlə bağlı razılıq əldə edir;

6) Ukraynanın NATO-ya üzvlüyü qeyri-müəyyən müddətə dondurulur;

7) Rusiya Tayvanda çıxacaq istənilən eskalasiyada neytral qalmağa razılaşır.

Xatırladaq ki, bundan öncə bir sıra Qərb nəşrləri Rusiya liderinin indiki cəbhə xətti qalmaq şərti ilə atəşkəsə razılıq verməsi haqqında informasiyalar dərc etmişdilər.
Vaşinqtonda hesab edirlər ki, Moskvanın müharibə iqtisadiyyatı modelinə keçməsi indiki şəraitdə mövcud situasiya ilə bağlı olsa da, Kremlin siyasi kuluarlarında Ukrayna ilə qeyri-müəyyən vaxta qədər atəşkəs paktının imzalanması məsələsi də müzakirə edilir.

Rafi Müslümov

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv