ABŞ ordusuna aid məxfi məlumatlar yayıldı

media-hightechnic-468x90

ABŞ ordusuna məxsus məxfi tərkibli xeyli sayda elektron məktub texniki yanlışlıq səbəbindən Mali Respublikasına göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusuna aid domen Mali respublikasının domeni ilə qarışdırılıb, bu da məxfi məlumatların yayılmasına səbəb olub.

Elektron məktublarda diplomatik sənədlər, vergi qeydləri, şifrələr və yüksək rütbəli zabitlərin istirahət proqramları kimi məlumatlar mövcud olub.

Pentaqonun mətbuat katibi Tim Qorman məlumatı təsdiqləyib. O, əlavə şərh verməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600