ABŞ İrana növbəti dəfə xəbərdarlıq etdi
ABŞ vasitəçilər vasitəsilə İrana Hörmüz boğazında naviqasiya azadlığının pozulmasına səssiz qalmayacağı barədə xəbərdarlıq edib.
Yenicag.az İran mətbuatın istinadən xəbər verir ki, məlumata əsasən, Vaşinqton Tehrandan Hörmüz boğazında kommersiya gəmilərini hədəfə almamaq barədə yazılı və açıq öhdəlik götürməsini tələb edib.
Ağ Ev rəsmiləri vasitəçilər üzərindən İran tərəfinə bildiriblər ki, gəmilərə qarşı hücumların davam etməsi hərbi nəticələrə səbəb ola bilər və Hörmüz boğazında istənilən düşmənçilik addımı “ciddi nəticələr” doğuracaq.
Məlumatda qeyd olunur ki, son günlər boğazda gəmi təhlükəsizliyi ilə bağlı gərginliyin artmasından sonra ABŞ ordusu İranın beş əyalətində yerləşən hədəflərə zərbələr endirib.













