ABŞ öz ordusunu 40 min nəfər azaldacaq
ABŞ ordusu üç il ərzində hərbi kontingentini 40 min nəfər azaltmağı planlaşdırır.
Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, 2012-ci ildən bu yana Amerika ordusu 120 min nəfər ixtisar edilib. Bu ümumi heyətin 21%-dir. Bu haqda şəxsi heyət üzrə briqada generalı Rendi Corc məlumat verib.
General 490 minlik hərbi heyəti 2016-cı ilin sonu 475 min nəfər, 2017-də 460 min nəfərə, 2018-də 450 min nəfərədək azaltmağa söz verib.
İxtisarlar 18 ştatda 26 hərbi bazanı əhatə edəcək.
Rendi Corcun sözünə görə, ABŞ-ın Cənubi Koreya, Almaniya və İtaliyadakı hərbi bazaları da bundan öz nəsibini alacaq.