ABŞ Qəzza zolağına 100 milyon dollar yardım ayıracaq

media-hightechnic-468x90

ABŞ Prezidenti Co Bayden həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 100 milyon dollar yardım ayıracağını bildirib.

Yenicag.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Bu pul münaqişə nəticəsində didərgin düşmüş bir milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq”, – deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 4475-dən çox adam yaralanıb. Ərazidə 1300-dən çox bina dağılıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600