ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

media-hightechnic-468x90

ABŞ Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Yenicga.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsasən “Qazprom Neft”, “Surgutneftegaz”, “Zarubejneft” və onların törəmə şirkətləri məhdudiyyətlərə məruz qalıb.

Sanksiyalar həmçinin Rusiya Energetika Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavinləri Roman Marşavin və Eduard Şeremetsev, habelə agentliyin əsas departamentlərinin direktorlarını əhatə edib.

Bundan əlavə, “İnqosstrax” və “AlfaStrakhovanie” sığorta şirkətləri də “qara siyahı”ya düşüblər.

Sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600