“ABŞ sanksiyaları onillərlə uzada bilər…”
Rusiya istisna etmir ki, ABŞ-ın sanksiyaları uzun müddətə qala bilər və Kreml vəziyyyətin bu cür inkişafına hazırdır.
Yenicag.az musavat-a istinadən sxəbər verir ki, bu barədə baş nazir Dmitri Medvedyev Sloveniya qəzetinə müsahibəsində bildirib.
“Mən sanksiya inersiyasının ABŞ-da uzun müddət qalacağını mümkün sayıram. 40 il mövcud olmuş və iqtisadi rıçaqdan siyasi rıçaqa çevrilmiş Cekson-Venik düzəlişini yada salmaq kifayətdir” – baş nazir deyib.
Qeyd edək ki, Amerikanın ticarət qanuna 1974-cü ildə edilmiş Cekson-Venik düzəlişi öz ölkələrindən sərbəst emiqrasiyaya mane olan ölkələrlə Birləşmiş Ştatlar arasında ticarətin məhdudlaşdırılmasını nəzərdə tuturdu. Rusiyaya münasibətdə bu düzəlişin qüvəsi 2012-ci ildə dayandırılıb.
Amerika Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarını Krımın ilhaqı səbəbindən ötən ilin yayından tətbiq eləməyə başlayıb.