“Dollar əvəzinə avro və Çin yuanından istifadəni artıracağıq”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya maliyyə naziri Anton Siluanov deyib.
O qeyd edib ki, ABŞ dollarının təhlükəli hal aldığı dövrdə dollarla olan yatırımları azaltmaq qərarına gəliblər.
Nazir Rusiya vətəndaşlarının işlədikləri ABŞ şirkətlərinə sanksiya qoyulmayacağını bildirib.
“Benzin sahəsində isə yerli pul vəsaitinə keçiləcək. ABŞ-ın sanksiyaları amerikalılara daha çox təsir edəcək”, -deyə nazir vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya, Çin, İran, Ukrayna kimi ölkələrlə ticari ödənişləri milli pul ilə ödəməyi planlaşdırdığını bildirmişdi. Həmçinin Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın dollardan istifadəni məhdudlaşdırma yönündə addımlar atmasını srateji səhv adlandırmışdı.
www.yenicag.az