!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ seçkilərində kim qələbə qazanacaq? – “Dərin dövlət” ona mane olacaq”

!Reklam – Yazi

“ABŞ-dəki prezident seçkiləri, adətən, 50-50 nisbətində keçir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.

O, noyabr ayında ABŞ-də keçirilən prezident seçkiləri ərəfəsində Kamala Harris və Donald Tramp arasında aparılan sosioloji sorğular və tərəflərdən hansının daha şanslı olması ilə bağlı səslənən fikirləri şərh edib.

Onun sözlərinə görə, bəlkə də ABŞ-ni ikipartiyalı sistem kimi xarakterizə edən tərəf də budur:

“Keçən seçkilərdə də səslər çox da ciddi fərqlərlə ayrılmırdı və rəqəmlər yaxın idi. İndi də dinamikaya baxsaq, əslində, Kamala Harris öndə idi. Lakin son günlər Donald Trampın apardığı uğurlu fəaliyyət onu bir az önə çıxardı. Haradasa 45-47 faizlə Tramp öndədir.

Seçkilərə qədər hələ də vaxt var və o zamana qədər nisbət dəyişə bilər. Digər tərəfdən, bu sosioloji sorğular yüzdə-yüz dəqiq nəticə deyil. Bəzən orada 3-5 faiz gerçəklikdə fərq özünü göstərir. Açığı, bu sosioloji sorğuların kimin keçirməsi də önəmlidir. Bəzən respublikaçılara yaxın sorğu mərkəzləri ilə demokratlara yaxın sorğu mərkəzlərinin nəticələri üst-üstə düşmür. Yəni burada manipulyasiya etmək imkanları var”.

Ə.Mustafa hesab edir ki, məsələni ümumiləşdirsək, Yaxın Şərqdə baş verənlər, Ukrayna-Rusiya savaşı, təbii ki, Bayden administrasiyasının zərərinə işləyir:

“Xüsusilə onların İsraili dayandıra bilməməsi Harrisin də səslərinə təsir edir və bunu azaldır. Bu gün ABŞ cəmiyyətində belə bir düşüncə hökm sürür ki, demokratlar dövləti idarə edə, dünya liderliyini gerçəkləşdirə bilmirlər. Çünki dünyada baş verən prosesləri bu və ya digər formada ABŞ-nin tənzimlədiyi qənaəti mövcuddur. Əgər hazırda dünyada problem varsa, bu, ABŞ-dən, konkret Bayden administrasiyasından qaynaqlanır”.

“Hazırda Trampın çox uğurlu həmlələri var. Hər fürsətdə o, Harrisi və Baydeni gözdən salmağa cəhd edir ki, bəzən də buna nail olur. Bu baxımdan, respublikaçılar önə çıxır. Amma bu dövrdə Trampa qarşı 3 sui-qəsd oldu ki, bunun da ictimai rəyin dəyişməsinə təsiri oldu. Üstəlik, İlon Maskın da Trampa dəstəyi yüksəkdir və 50 milyona qədər pul xərcləyib, bundan başqa, maraqlı nominasiyalar üzrə pul vəd edir. Belə layihələr də Trampın güclənməsinə gətirib çıxarır.

Hesab edirəm ki, Trampın seçki prosesi normal gedərsə, onun seçilmək şansı artacaq. Amma ABŞ-dəki “dərin dövlət” bir formada Trampa mane olacaq. Çünki onların planında Harrisin seçilməsi var”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv