ABŞ səfirliyi əməkdaşının oğlunu maşın vurdu-Bakıda

media-hightechnic-468x90

qeza_piyada_0001Ötən şənbə Bakının Səbayıl rayonunda ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Stefan Qaysinin oğlu 1997-ci il təvəllüdlü Ceremi Qaysi yol qəzasının qurbanı olub.

media-banner_tkm

Bu barədə Səbayıl rayon Polis İdarəsindən bildiriblər.

Bildirilir ki, Badamdar şosessində, 129 saylı binanın qarşısında Ceremi Qaysini İran istehsalı olan Saipa Tiva markalı avtomobil vurub. Avtomobili Bakı sakini, 1978-ci il təvəllüdlü Zaur Rzayev idarə edirmiş.

Nəticədə səfirliyin birinci katibinin oğlu SOS klinikasına çatdırılıb və burada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05